AZ

Kapitan paytaxt klubunda qalacaq

“Roma”nın kapitanı Brayan Kristante klubdakı gələcəyi ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, italiyalı müdafiəçi paytaxt klubunun yeni təklifi ilə razılaşıb.

30 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Tərəflər 2029-cu ilə qədər müqavilə bağlamaq barədə razılığa gəlib. Bu barədə rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.

Kristante cari mövsümdə 24 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
20
2
football-plus.az

3Mənbələr