AZ

Avropa Komissiyası müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmağı hədəfləyir

Avropa Komissiyasının sözçüsü Paula Pinho, NATO baş katibi Mark Ruttenin "Avropa ABŞ olmadan özünü müdafiə edə bilməz" açıqlamasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki,Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Pinho jurnalistlərin suallarını cavablandıraraq deyib:

"Biz müxtəlif cəbhələrdə daha möhkəm və müstəqil olmağımızı təmin etməkdə qərarlıyıq".

Sözçü həmçinin enerji sektorunda Rusiyadan fosil yanacaq idxalını azaltmaq və bu kimi asılılıqları digər sahələrdə də minimuma endirmək üçün zəruri addımlar atacaqlarını əlavə edib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təhlükəsizlik strategiyası üzərində işlədikləri barədə verdiyi açıqlamanı xatırladan Pinho dedi: "Arktika strategiyası da bu kontekstdə nəzərdən keçirilməlidir. Buna görə də, Avropa müstəqilliyi şüarı altında tək bir məqsədlə bir sıra tədbirlər görürük: hamımızın müxtəlif cəbhələrdə həqiqətən etibar edə biləcəyimiz tədricən müstəqilliyi təmin etmək."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
2
turkustan.az

3Mənbələr