AZ

Rusiyalı futbolçu Türkiyə klubuna keçdi

Türkiyənin "Kayserispor" klubu heyətini rusiyalı futbolçu ilə gücləndirib.

"Unikal" xəbər verir ki, Superliqa təmsilçisi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Denis Makarovu heyətinə qatıb. Tərəflər mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıblar.

Məlumata görə, futbolçunun gedişinə səbəb "Dinamo"nun yeni baş məşqçisi Rolan Qusevlə münasibətlərinin gərgin olmasıdır. Bildirilir ki, Makarov təyinatdan əvvəl Qusev gələcəyi təqdirdə komandadan ayrılacağını bəyan etmişdi.

Qeyd edək ki, "Kayserispor" cari mövsümdə uğursuz çıxışla yadda qalıb. Aktivində 15 xalı olan Kayseri təmsilçisi turnir cədvəlində 17-ci pillədə qərarlaşıb

Seçilən
31
2
unikal.az

3Mənbələr