AZ

Britaniya Ukraynada hərbçilərinin sayınıARTIRDI

London Kiyevin müraciəti əsasında Ukraynaya göstərilən dəstəyi genişləndirməyə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.

Nazirin sözlərinə görə, Ukraynada Böyük Britaniyaya məxsus hərbi qulluqçuların sayı 2024-cü ilin iyulunda Leyboristlər Partiyasının hakimiyyətə gəlməsindən sonra artıb. Həmin hərbçilər Kiyevdəki Böyük Britaniya səfirliyinin təhlükəsizliyinin təmin olunmasında iştirak edir, eyni zamanda Ukraynanın müdafiə fəaliyyətinə dəstək göstərirlər.

Con Hili bu fikirləri Britaniya parlamentinin İcmalar Palatasının müdafiə komitəsində çıxışı zamanı səsləndirib. O bildirib ki, səfirliyin müdafiə bölməsi 2022-ci ilin aprelində fəaliyyətini bərpa etdikdən sonra Ukraynada britaniyalı hərbçilərin iştirakı davam edir və son aylarda onların sayı daha da artırılıb. Nazir vurğulayıb ki, London Kiyevin tələbi əsasında Ukraynaya dəstəyi gücləndirir.

Xədicə BAXIŞLI

Seçilən
38
redaktor.az

1Mənbələr