AZ

Sumqayıt Sənaye Parkı qeyri-neft sənayesinin lokomotivinə çevrilib » AzadMedia.az

Sumqayıt

"Hazırda Azərbaycanda 8 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir, daha 3 sənaye parkının isə inşası davam edir". Bu fikirləri millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu sənaye zonalarına ümumilikdə 7 milyard manat həcmində investisiya qoyulub, nəticədə 104 müəssisə yaradılıb və 11 minə yaxın yeni iş yeri açılıb

"İndiyədək sənaye zonalarında 19,4 milyard manatlıq məhsul istehsal olunub. Bunun 6,1 milyard manatlıq hissəsi 70 ölkəyə ixrac edilib ki, bu da sənaye parklarının ölkənin ixrac potensialına mühüm töhfə verdiyini göstərir.
Məlumata görə, qoyulan investisiyaların 80 faizi, yaradılan müəssisələrin 40 faizi, iş yerlərinin 56 faizi, ümumi istehsalın 80 faizi və ixracın 93 faizi Sumqayıt Sənaye Parkının payına düşür.
Göstəricilər onu deməyə əsas verir ki, Sumqayıt Sənaye Parkı Azərbaycanın qeyri-neft-qaz sənaye potensialının gücləndirilməsində və ixracyönümlü istehsalın genişləndirilməsində aparıcı rol oynayır".

Seçilən
54
1
azadmedia.az

2Mənbələr