Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“İsrail qüvvələri Qəzza şəhərinin əl-Tuffah məhəlləsini atəşə tutub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat verib.
Bildirilib ki, dörd fələstinli həlak olub, bir neçə nəfər yaralanıb. Dəqiq itki sayı bildirilməyib.
Fələstinin HƏMAS hərəkatı hadisəni pisləyib. Hərəkatın teleqram kanalında yer alan məlumata görə, HƏMAS sözçüsü Hazem Qassem İsrail tərəfini əldə edilən razılaşmaları kobud şəkildə pozmaqda və Qəzzada daimi atəşkəsə nail olmaq səylərini pozmağa çalışmaqda günahlandırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.