AZ

Avstraliyada 100 mindən çox ev elektriksiz qalıb

Avstraliyanın cənub-şərqində ən azı 106 000 ev anomal istilər səbəbindən elektriksiz qalıb.

Moderator.az bildirir ki, bu barədə Viktoriya ştatının energetika naziri Lili Deambrozio "X" hesabında məlumat verib.

O qeyd edib ki, rekord isti hava fonunda ştatda 17 illik elektrik enerjisi istehlakı rekorduna imza atılıb.

"Saat 20:30-a (Bakı vaxtı ilə 13:30 - red.) qədər paylayıcı şəbəkədə 106 000 elektrik kəsintisi qeydə alınıb. Kəsintiləri aradan qaldırmaq və mümkün qədər tez elektrik enerjisini bərpa etmək üçün yerlərdə əlavə briqadalar işləyir", - deyə o bildirib.

Nazir əlavə edib ki, kəsintilərə həmçinin istilik, elektrik avadanlıqlarını məhv edən meşə yanğınları, dirəklərə və naqillərə ağacların aşması, eləcə də həddindən artıq istiləşmə səbəbindən avadanlıqların sıradan çıxması kimi amillər də səbəb olub.

Seçilən
40
3
moderator.az

4Mənbələr