“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu Ömər Marmouşanı transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçu üçün təklif irəli sürüb. “Bavariya”, “Tottenham” və “Aston Villa” kimi nəhəng klubların da xidmətində maraqlı olduğu misirli ulduz üçün təklif irəli sürən tək komandanın “Fənərbaxça” olduğu bildirilib. “Fənərbaxça”nın Marmouş üçün 30 milyon avro irəli sürdüyü iddia edilib. "Mançester Siti"nin Semenyonun transferindən sonra Marmouşla yollarını ayırmaq istədiyi bildirilir və ulduz oyunçunun daha çox oyun vaxtı qazanacağı komandaya keçməyə razı olduğu deyilir. Futbolçunun prioritetinin Premyer Liqada qalmaq olduğu və orada təklif almadığı təqdirdə digər namizədləri nəzərdən keçirəcəyi vurğulanıb. Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm “Frankfurt” klubundan transfer etdiyi Ömər Marmouş üçün 75 milyon avro ödəyib.