Avstraliyanın Pert şəhərində keçirilən mitinqdə bir kişi balkondan izdihamın arasına uşaq corabına bükülmüş bomba atıb.
Editor.az xəbər verir ki, ABC News-un verdiyi məlumata görə, səhnənin yaxınlığında dayanan bir qadın binanın balkonundan əşyanın düşdüyünü görüb. Yaxınlaşanda, içərisində gizlədilmiş bir şey olan “Soyuq ürək” cizgi filminin personajlarının şəkli olan uşaq corabı görüb. Qadın tapıntını polisə təhvil verib. 2500 etirazçı təxliyə edilib.
Hüquq-mühafizə orqanları corabda kimyəvi maddələrlə dolu “bomba” olduğunu aşkar edib. Cihaz zərbə zamanı partlamaq üçün nəzərdə tutulubmuş, lakin xoşbəxtlikdən partlamayıb. Bombanı atan kişi artıq həbs edilib.
//Samir Qurbanov, Editor.az