14 Avropa ölkəsi Rusiyanın “kölgə donanması”na qarşı deklarasiya imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Belçika, Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, İslandiya, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, İsveç və Estoniya Rusiyanın “kölgə donanması”na daxil olan tankerlərin fəaliyyətinə mane olacaqlarını bəyan ediblər.
14 ölkənin imzaladığı birgə deklarasiyaya əsasən, bu gəmilərə qarşı mübarizə tədbirləri gücləndiriləcək.
Bəyanatda qeyd olunur ki, gəmilər yalnız bir ölkənin bayrağı altında üzməli, təsdiqlənmiş istismar təhlükəsizliyinə malik olmalı və mütləq sığortalanmalıdır.
Bu tələblərə cavab verməyən tankerlər “vətəndaşlığı olmayan gəmilər” hesab ediləcək.
Bu status isə sözügedən ölkələrə həmin gəmiləri yoxlamaq və saxlamaq hüququ verəcək.
Xuraman Etibarlı
İnterpress.az