ABŞ və Çin arasındakı rəqabət fonunda dünyada yeni güc formalaşıb. Metbuat.az xəbər verir ki, illər ərzində səssizcə güclənən Braziliya indi dünyanın ən strateji əhəmiyyətli silahlı qüvvələrindən biri hesab olunur. Daxili silah sənayesi və çox az ölkənin sahib olduğu nüvə sualtı qayığı layihəsi ilə Braziliya ən güclü hərbi ölkələr arasında hesab edilir. Bəzi mütəxəssislər Braziliyanı "İlin inkişaf etməkdə olan ordusu" elan edib. Braziliya ordusunun sıralarının 300 minə çatdığı bildirilib. Bu rəqəm yalnız ölkənin ərazisini qorumur, həm də sərhədyanı əməliyyat imkanları təmin edir. Zirehli maşınlar, artilleriya sistemləri, radarlar, PUA-lar və təyyarələr artıq Braziliyanın öz müdafiə sənayesi tərəfindən istehsal olunur. Bildirilir ki, Braziliyanı "regional güc"dən "qlobal aktyor"a çevirən layihə nüvə ilə işləyən sualtı qayıqdır. Dünyada çox az ölkənin sahib olduğu bu texnologiya, Braziliyanın Cənubi Atlantikada ABŞ və Çin kimi supergüclərlə rəqabət aparmasına imkan verir.