AZ

Bakıda yeni yol layihəsiVİDEO

Bakıda daha bir istiqamətdə yeni yol salınacaq...

Xezerxeber.az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, sıxlığı azaltmaq məqsədilə icra olunacaq bu layihə, şəhərin qərb çıxışı ilə mərkəzi hissələrini birləşdirən strateji bir yol qovşağı olacaq.

Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək yeni yol bu istiqamətdə sıxlığın azalmasına imkan verəcək.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, yol çəkilərkən həmin ərazidə yerləşən bir çox tikililər sökülməli olacaq:

Qeyd edək ki, bu yol "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan 24 layihədən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
32
3
xezerxeber.az

4Mənbələr