AZ

Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı SİYAHI

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Bola Əhməd Tinubu arasında iki ölkə arasında doqquz müqavilə imzalanıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, iki ölkə liderinin iştirakı ilə aşağıdakı sənədlərə imza atılıb:

- Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Əqrəba İcmaları Rəyasətliyi ilə Diaspordakı Nigeriyalılar Komissiyası arasında Diaspor Siyasəti Sahəsində Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu

- Türkiyə Respublikası Hökuməti ilə Nigeriya Federal Respublikası Hökuməti arasında Media və Kommunikasiya Sahəsində Anlaşma Memorandumu

- Türkiyə Respublikası ilə Nigeriya Federal Respublikası arasında Ali Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu

- Türkiyə Respublikasının Halal Akkreditasiya Agentliyi ilə Nigeriya Milli Akkreditasiya Sistemi arasında Halal Keyfiyyət İnfrastrukturu Sahəsində Anlaşma Memorandumu

- Birgə İqtisadi və Ticarət Komitəsinin (JETCO) Yaradılması Haqqında Birgə Bəyannamə

- Türkiyə Respublikası Hökuməti ilə Nigeriya Federal Respublikası Hökuməti arasında Hərbi Əməkdaşlıq Haqqında Protokol

- Türkiyə Respublikası Hökuməti ilə Nigeriya Federal Respublikası Hökuməti arasında Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş

- Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası ilə Nigeriya Federativ Respublikası Xarici İşlər Nazirliyinin arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu 

- Türkiyə Respublikasının Ailə və Sosial Siyasətlər Nazirliyi Nigeriya Federativ Respublikasının Qadın İşləri Nazirliyi  arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Firdin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
mia.az

1Mənbələr