AZ

Şəmkirdəki qətllə bağlı hadisənin DETALLARIVİDEO

Şəmkir rayonunda dərədən meyiti tapılan  şəxsin öldürüldüyü məlum olub, oğlu şübhəli bilinir. İki qardaş əlbir olararaq atalarını öldürdüyü iddiaları da var...

Xezerxeber.az xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kənd sakini, 56 yaşlı  Arif Nəbiyevin meyiti evinin yaxınlığındakı dərədə  tapılıb. Aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.

Məlumata görə, öldürülən kişinin azyaşlı oğlu Rusiyaya getmək istəyirmiş. Atası ona səbr eləməyi, işlərini qurtarandan sonra bərabər getməlirini məsləhət bilib.

Qətlə yetirilən Arif Nəbiyevin qardaşı isə başqa iddia ilə çıxış edib. Onun sözlərinə görə kişinin ölümündə digər oğlunun da əli ola bilər.

Hələki hadisənin törədilməsində kişinin yeniyetmə oğlu şübhəli bilinir.  Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırmalar da aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
6
xezerxeber.az

1Mənbələr