Qəbələdə 46 yaşlı sakinin kirayə yaşadığı evdə meyiti aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Zarağan qəsəbəsindəki hərbi şəhərcikdə baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Bəhruz Baxşəliyevin meyiti kirayə qaldığı evdə ölü vəziyyətdə tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilmədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta