AZ

60 ildir yatmayan adam -

Vyetnamın Quanq Nam əyalətində yaşayan Tay Nqok adlı şəxs, təxminən 60 ildir yatmadığını iddia edir. Metbuat.az xəbər verir ki, Tay Nqok 1962-ci ildə qızdırmalı xəstəlikdən bəri yatmadığını irəli sürüb. 20 yaşında ağır qızdırmalı xəstəlikdən sonra yatmaq qabiliyyətini itirdiyini iddia edən Nqokun iddiası elmi ictimaiyyət tərəfindən araşdırılır. Nqokun iddiasına görə, onun yuxusuzluğu Vyetnam müharibəsi illərinə təsadüf edir. Nqokun ailə üzvləri onun 60 il ərzində bir an belə yatdığını görmədiklərini bildiriblər.

Nqok, yuxusunu bərpa etmək üçün tibbi məhsullardan tutmuş ənənəvi tibbə qədər bir çox üsul sınadığını, lakin müdaxilələrin heç birinin nəticə vermədiyini irəli sürüb. Məlumata görə, yuxusuzluğun bir sıra problemlərə səbəb olacağı gözlənilsə də, Nqokun səhhətində problem yoxdur, hətta yaşına görə onun daha sağlam olduğu müşahidə edilir. 2023-cü ildə aparılan müşahidələr göstərir ki, Nqok hətta gecə saatlarında da tam oyaq qalıb və heç bir yorğunluq əlaməti göstərməyib. Mütəxəssislər hesab edir ki, Nqok yuxusuz qalsa belə, beyin yuxusuzluq zamanı “mikroyuxu” yaşayır.

Seçilən
10
metbuat.az

1Mənbələr