AZ

Reuters: “Qiyamət saatı” tarixində ən təhlükəli mövqeyə yaxınlaşıb...

Bəşəriyyətin özünü məhv etmə nöqtəsinə məsafə cəmi 85 saniyə olaraq qiymətləndirilib…

Poliqon xəbər verir ki, “Qiyamət saatı”nın əqrəbləri müşahidələrin başladığı vaxtdan bəri ən təhlükəli mövqeyə - gecə yarısına cəmi 85 saniyə qalmış vəziyyətə gətirilib. Reuters Agentliyinin yazdığına görə, ekspertlərin qiymətləndirməsinə əsasən, bəşəriyyət heç vaxt indiki qədər özünü məhv etmə həddinə yaxın olmayıb.

Məlumata görə, ABŞ-nin Çikaqo şəhərində yerləşən “Bulletin of the Atomic Scientists” qeyri-kommersiya təşkilatı bu il saatın göstəricisini dörd saniyə irəli çəkib. Beləliklə, mövcud vəziyyət ötən illə müqayisədə daha riskli hesab olunur. Təşkilat qərarı qlobal təhlükəsizlik mühitində artan qeyri-sabitlik, geosiyasi gərginliklər və nüvə riskləri ilə əsaslandırır.

Xatırladılır ki, “Qiyamət saatı” ilk dəfə 1947-ci ildə, Soyuq müharibə dövründə yaranmış beynəlxalq gərginlik fonunda təsis edilib. Simvolik mexanizm bəşəriyyətin nüvə müharibəsi, iqlim dəyişikliyi və digər qlobal təhdidlər qarşısında nə dərəcədə təhlükəli vəziyyətdə olduğunu göstərmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr