AZ

səbəbdən təşəbbüsün konkret olaraq nə vaxt… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Komissiyası Aİ ölkələrinin Rusiyadan nüvə yanacağı almasını tam qadağan etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrin Rusiyadan nüvə yanacağı tədarükünü tamamilə dayandırmasını nəzərdə tutan qadağa üzərində işləyir. Bu barədə Aİ Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen açıqlama verib.

Onun sözlərinə görə, sözügedən qadağa hazırda hazırlıq mərhələsindədir və məsələ kifayət qədər mürəkkəb xarakter daşıyır. Bu səbəbdən təşəbbüsün konkret olaraq nə vaxt təqdim ediləcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

“Bu qadağa hazırlanma mərhələsindədir. Bu, daha mürəkkəb bir məsələdir, ona görə də onun nə vaxt təqdim olunacağını deyə bilmərəm, lakin uyğun vaxtda bu baş verəcək,” – deyə Anna-Kaysa İtkonen bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirmək və enerji sahəsində asılılığı azaltmaq istiqamətində addımlarını davam etdirir. Nüvə yanacağı ilə bağlı mümkün qadağa da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
konkret.az

1Mənbələr