AZ

İran prezidenti Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi ilə bölgədə təhlükəsizlik məsələlərini müzakirə edib

İran prezidenti Məsud Pezeşkian və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə görüş zamanı ABŞ-ın təhdidləri, bölgədə təhlükəsizlik və ikitərəfli münasibətlər müzakirə olunub.

Pezeşkiyan ölkə daxilində bəzi qrupların İranın sabitliyinə zərər verdiyini, minlərlə sivilin həyatını itirdiyini və dövlət infrastruktura, bazarlara və ibadət yerlərinə ciddi ziyan vurduğunu bildirib. O, həmçinin İslam ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının dəstəyinə təşəkkür edərək birlik mesajı verib.

Bin Salman isə bölgədə təhlükəsizlik, sabitlik və ölkələrin inkişafının Səudiyyə üçün prioritet olduğunu deyib. O, İranla və digər region ölkələri ilə hərtərəfli əməkdaşlığa hazır olduqlarını, hər hansı bir hücum və təhdidi qəbul etmədiklərini vurğulayıb.

Seçilən
8
2
apa.az

3Mənbələr