AZ

Bakıda yeni parklanma yerləri yaradıldıVİDEO

Paytaxtın bir neçə ünvanında yeni parklanma məntəqələri yaradılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yaxın günlərdə əlavə 7 küçədə də yeni parklanma yerləri sürücülərin istifadəsinə veriləcək.

Agentlikdən o da bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhəri üzrə Mərkəz və 4 parklanma zonası müəyyən edilib. Yeni parklanma məntəqələrində də tariflər bu qaydada hesablanacaq.

O da qeyd olundu ki, ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək.  "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün axşam saat 22:00-dan səhər saat 07:00-a qədər, eləcə də həftənin bazar günü ödəniş tələb olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
40
xezerxeber.az

1Mənbələr