AZ

Türkiyə və Nigeriya arasında 9 saziş imzalanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya prezidenti Bola Əhməd Tinubunun iştirakı ilə Türkiyə və Nigeriya arasında 9 saziş imzalanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, sazişlər diaspor siyasəti, media və kommunikasiya, ali təhsil, halal standartları, iqtisadiyyat və ticarət (JETCO), hərbi əməkdaşlıq, təhsil, diplomatik hazırlıq və qadın-ailə siyasəti sahələrini əhatə edir.

Rəsmi görüş zamanı yeni hədəf kimi iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması müəyyən edilib.

Seçilən
26
4
apa.az

5Mənbələr