AZ

Donald Tramp Ukrayna nizamlanması ilə ciddi məşğuldur – Ağ Evin mətbuat katibi Kerolin Livitt

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin həlli üçün sülh prosesindən imtina etmir. Ağ Evin mətbuat katibi Kerolin Livitt bunu 26 yanvarda Ağ Evin televiziya şəbəkəsində yayımlanan mətbuat konfransında bildirib.

“Prezident bu işlə dərindən maraqlanır və əlbəttə ki, onun müşavirləri, yəni Cared Kuşner və xüsusi elçisi Stiv Vitkoff onu bu danışıqlar barədə məlumatlandırırlar”, – deyə Livitt bildirib.
Ağ Evin mətbuat katibi 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilən ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünü “tarixi” adlandırıb. ABŞ prezidentinin komandası sülhü yaxınlaşdırmaq üçün bu münaqişənin iki tərəfini danışıqlar masasında bir araya gətirib”, – deyə o vurğulayıb.

Livittdən həmçinin Trampın 1 fevralda keçiriləcək növbəti üçtərəfli danışıqlardan əvvəl Ukrayna Prezidenti Volodymyr Zelenski və qanunsuz Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları planlaşdırıb-planlaşdırmadığı soruşulub. O, prezidentlər arasında hazırda heç bir telefon danışığının planlaşdırılmadığını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr