Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İspaniya miqrantların leqallaşdırılması üçün sadələşdirilmiş proqramı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bundan yarım milyona qədər insan faydalana biləcək.
Ötən ilin sonuna qədər İspaniyada ən azı beş ay yaşadıqlarını sübut edə bilən qeyri-qanuni immiqrantlar rəsmi status üçün müraciət edə biləcəklər.
Bu barədə daha əvvəl jurnalistlərə solçu koalisiya partiyası Podemosdan Avropa Parlamentinin üzvü İrene Montero məlumat verib.
Onun sözlərinə görə, sadəcə ərizə vermək ərizəçiyə bir il müddətinə yaşamaq və işləmək icazəsi verəcək.
İspaniya səlahiyyətliləri ərizələri aprel ayından başlayaraq üç ay müddətinə qəbul etməyi planlaşdırır.
İspaniya hökumətinin bu proseduru adlandırdığı kimi “tənzimləmə” üçün müraciət edənlərin heç bir cinayət keçmişi olmamalıdır. Onlar artıq İspaniyada olan uşaqları ilə birlikdə hüquqi status ala biləcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.