AZ

"İmtahanların içində bəlkə də ən qorxulusu budu" - Qurban Qutbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Liverpul"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

"Footbll-plus.az" xəbər verir ki, mütəxəssis komandasını maraqlı və çətin bir qarşılaşmanın gözlədiyini bildirib. O, əsas mərhələnin son oyununda möhtəşəm atmosferdə çıxış edəcəklərini vurğulayaraq rəqibin gücünə baxmayaraq futbolçularına olan inamını ifadə edib:
"Əsas mərhələnin həlledici matçına çıxırıq. Bizi möhtəşəm stadionda, möhtəşəm azarkeş dəstəyi qarşısında oynamaq gözləyir. "Liverpul"un hər bir üzvü hər zaman qələbəyə acdı və meydana yalnız bu istəklə çıxır. İngiltərədə yadda qalan və keyfiyyətli futbol nümayiş etdirməyi çox arzulayırıq. İnanıram ki, futbolçularım sabah öz potensiallarını maksimum dərəcədə ortaya qoyaraq ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".
Mütəxəssis son günlərdə şanslar barədə çox danışıldığını, lakin komandanın diqqətini tamamilə qarşıdakı matça yönəltdiyini bildirib:
"Son vaxtlar şanslardan çox danışılır. Amma biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, kənar fikirləri atmalıyıq. Hər zaman belə rəqibə qarşı, belə azarkeş önündə oynamaq və böyük futbolun dadını görmək mümkün olmur. İnanıram ki, heç bir futbolçunun fikri başqa yerdə olmayacaq. Hamının diqqəti sırf bu oyunda olacaq ki, özünü yaxşı tərəfdən göstərsin, intizamlı oynasın və yaxşı mübarizə aparsın".
Mütəxəssis komandanın indiyə qədərki sınaqlardan üzüağ çıxdığını, lakin sabah daha yaxşı nəticə qazanmaq üçün tarixi bir şanslarının olduğunu vurğulayıb:
“Sınaqlarımız çox olub və indiyə qədər bunlardan pis çıxmamışıq. Amma sabah daha yaxşı nəticə əldə etmək şansımız var. Belə böyük oyunlarda indiyə qədərki nəticələrdən daha yaxşısını əldə etmək imkanı varsa, əlbəttə ki, bu, bizdən həm sınaq, həm imtahan, həm də böyük məsuliyyət tələb edir. Bu oyunların, bu imtahanların içində bəlkə də ən qorxulusu budu".

Mütəxəssis "Liverpul"un böyük təcrübəyə malik nəhəng klub olduğunu xatırladaraq onların avrokuboklarda tam fərqli performans sərgilədiklərini qeyd edib:
"“Böyük tarixi və təcrübəsi olan belə klublarda problemlərin uzun sürəcəyini düşünmürəm. Əvvələ nəzər salsaq, onların Çempionlar Liqasında həddindən artıq yaxşı nəticələr qazandıqlarını görərik. Ola bilər ki, milli çempionatdakı nəticələri klubun adına və tələblərinə uyğun deyil, ürəkaçan görünmür. Lakin Çempionlar Liqasında demək olar ki, səhv etmirlər. Bu cür komandaların problemləri tez bir zamanda aradan qaldırmaq gücü var və biz buna qarşı çox diqqətli olmalıyıq".
Seçilən
4
2
football-plus.az

3Mənbələr