Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının bütün sosial ödənişləri başa çatdırılıb.
QHT.az xəbər verir ki, belə ki, yanvarın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə yanvar ayının pensiyaları, yanvarın 22-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin yanvar ayı üzrə pensiyaları, yanvarın 27-də isə yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.