AZ

“Latsio”nun qapıçısı Premyer Liqa klubunda

“Latsio”nun qapıçısı Xristos Mandas İngiltərə Premyer Liqasında “Bornmut”a icarəyə verilib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı qolkiper cari mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu mövsüm “Latsio”da yalnız 1 oyunda forma geyib və qol buraxmayıb.

Onun Roma klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir, transfer qiyməti isə 5 milyon avro göstərilir.

Hazırda 23 turdan sonra 30 xal toplayan “Bornmut” turnir cədvəlində 13-cü yerdədir.

Seçilən
16
idmanxeber.az

1Mənbələr