AZ

Demetlə qalmaqalından sonra mahnıları silindi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli müğənni "BLOK3"ün (Hakan Aydın) "Obsessive" albomunun və digər mahnıları "Spotify" musiqi platformasından silinib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbələdə məlumat yayıb.

"Albomunu və musiqilərimi "Spotify"dan saxta adı iəə siliblər. Eşitdiyimə görə email adressimi də oğurlayıblar. Bunu araşdırıram, istədiyiniz qədər məni narahat edin. Sizin hamınızı tağacağam və məhkəmə yolu ilə bunun hesabını ödəyəcəksiniz" deyə, müğənni bildirib.

Qeyd edək ki, ifaçı bu yaxınlarda müğənni Demet Akalınla qalmaqal yaşamışdı. Buna səbəb isə Demetin "BLOK3"ün "Spotify"da xeyli dinlənilməsinə "Əla mahnılar yazır, amma orada başqa bir şey var" deməsi olmuşdu. Müğənnisə isə həmkarına cavabında "Anamdan böyük, nənəmlə eyni yaşda olduğuna görə cavab verməyim uyğun olmazdı. Diqqəti cəlb etmək üçün mənə söz atır. Ona görə də istədiyi son bir diqqəti ona verəcəyəm" demişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
axsam.az

4Mənbələr