AZ

DÇ-2026-nı boykot etməyə səslədi: “ABŞ-a səyahət etməyin!”

FİFA-nın sabiq rəhbəri Yozef Blatter, ABŞ prezidenti Donald Trampın və onun administrasiyasının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davranışlarını əsas gətirərək, 2026-cı il dünya çempionatı oyunlarının boykot edilməsi çağırışlarını dəstəkləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Blatter, turnirin ev sahibi kimi ABŞ-ın uyğunluğunu şübhə altına alıb. O, İsveçrənin “Der Bund” qəzetinə verdiyi müsahibədə belə deyib:

“Müzakirə etdiyimiz hər şeyi nəzərə alsaq, azarkeşlərə yalnız bir məsləhət var: ABŞ-a səyahət etməyin! Hər halda matçı televiziyada izləmək daha yaxşı olar.

Və ora getdikdən sonra azarkeşlər bilməlidirlər ki, rəsmilərin tələblərini yerinə yetirməsələr, dərhal növbəti uçuşla geri göndəriləcəklər. Düşünürəm ki, Mark Piet bu dünya çempionatını şübhə altına almaqda haqlıdır”.

İsveçrəli vəkil və korrupsiyaya qarşı mübarizə üzrə ekspert Piet əvvəllər FİFA-nın islahatlar üzrə Müstəqil Nəzarət Komitəsinə rəhbərlik edib.

Blatter isə 1998-ci ildən 2015-ci ilə qədər FİFA-nın prezidenti vəzifəsində çalışıb və korrupsiyaya görə istefa verib.

Dünya çempionatı bu ilin 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada

Seçilən
8
sportinfo.az

1Mənbələr