GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
27 Yanvar 2026-ci il tarixində sosial şəbəkənin Azərbaycan və Türkiyə seqmentində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölmüş hərbçilərin ailələrinə guya 10 milyon dollar yardım ayırması haqda xəbərlər yayılıb.
Daha sonra Globalinfo.az “Caucasian Live” Teleqram kanalına istinadla sözügedən xəbəri özünün şərhi ilə “Türkiyə ölmüş erməni hərbçilərin ailələrinə yardım edəcək?” başlığı ilə dərc edib.
Xəbər saytımızda iddia kimi təqdim edilib və xüsusi vurğulanıb ki, Türkiyənin bununla bağlı rəsmi mövqeyi yoxdur.
Lakin təəssüf ki, bəzi Yutub kanalları saytımızdan bu xəbəri oxuyarkən təhrifə yol veriblər və rəsmi mövqe kimi təqdim ediblər.
Halbuki Globalinfo.az bunun iddia olduğunu və Türkiyənin belə bir rəsmi qərarının olmadığını xüsusi qeyd edib.
Bununla yanaşı, başqa bir neçə sayt həmin xəbəri fərqli mətnlə Türkiyə mediasına istinadla rəsmi qərar kimi tirajlayıb.
Bu gün Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ehtiyacı olan şəxslərə 10 milyon dollarlıq maddi yardım göstərəcəyinə dair xəbərləri əsassız olduğunu bəyan edib. Qeyd olunub ki, Türkiyə Prezidentinin bununla bağlı hər hansı fərmanı yoxdur.
Qeyd edək ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi, istər Qarabağ məsələsində, istərsən də digər regional və qlobal proseslərdə daim koordinasiyalı və qarşılıqlı maraqlara uyğun siyasət yürüdür.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.