AZ

Putinə sui qəsd çağırışı edən şəxslə bağlı qərar

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin həyatına qarşı sui-qəsd çağırışları edən Rusiya vətəndaşı Denis Şevçenko yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hökm Cənub Rayon Hərbi Məhkəməsi tərəfindən çıxarılıb. İstintaq müəyyən edib ki, Denis Şevçenko müvafiq çağırışları ona məxsus Teleqram kanalında paylaşıb.

Bundan əlavə, təqsirləndirilən şəxs 2023-cü ildə “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamı zamanı Rusiya Silahlı Qüvvələrinin bir bölməsinin mövqelərini tərk edərək Moskvaya doğru hərəkət etməsi ilə bağlı məlumatlar da yayıb.

Şevçenkoya qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi (“Terror fəaliyyətinə açıq çağırışlar”) və 207.3-cü maddəsi (“Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatların yayılması”) üzrə cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə o, ümumi rejimli cəzaçəkmə müəssisəsində yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr