AZ

Putin Əhməd əl-Şaraa ilə görüşəcək

BAKI, 28 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı Moskvada qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Yaxın Şərq regionundakı cari vəziyyət müzakirə olunacaq.

Bu səfər əl-Şaraanın indiki statusda Rusiyaya ikinci gəlişi olacaq. O, bundan əvvəl ötən ilin oktyabr ayının ortalarında Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvada olub.

Seçilən
194
teleqraf.com

1Mənbələr