AZ

Rusiyalı çempion: “Rafa qalib gələcək”

“One Championships”in orta və yarımağır çəkidə çempionu Anatoli Malıxin “UFC 325” çərçivəsində keçirilməsi planlaşdırılan braziliyalı Maurisio Ruffi ilə döyüşdən əvvəl Rafael Fiziyevi dəstəkləyib.

İdman.Biz bildirir ki, döyüş fevralın 1-nə keçən gecə olacaq.

“Bir dəfə “Tiger”də idim və orada gipsdə, çətinliklə məşq edən bir oğlan var idi. Həmin oğlan isə Rafael Fiziyev idi. Bilirsiniz, onun formasını qiymətləndirmək belə istəmirəm. Sadəcə bilirəm ki, bu oğlanın möhtəşəm ruhu, əla döyüşməyi var və qoy döyüşdə istədiyi hər şeyi göstərsinr. Onun super zərbələri, yaxşı güləşə qarşı müdafiəsi var və Rafael təzəlikcə tam məşq edib. Bu oğlan həmişə bizim, azarkeşlərin zövq aldığı möhtəşəm döyüşlər üçün mübarizə aparır. Yalnız irəli, Rafa. İllərdir yadda qalacaq bir məqam yaratmasını istəyirəm. Rafa qalib gələcək”, - deyə Malıxin “Championat”a bildirib.

İdman.Biz
Seçilən
22
1
idman.biz

2Mənbələr