AZ

Netanyahu: İran hücum etsə, İsrail "görünməmiş güclə" cavab verəcək

İsrail İran tərəfindən hücum ediləcəyi halda, Tehranın indiyədək görmədiyi güclə cavab verəcək.

"Report"un məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu yerli telekanalların yayımladığı mətbuat konfransında bəyan edib.

"Əgər İran ciddi səhv edərək İsrailə hücum etsə, biz Tehranın indiyədək görmədiyi güclə cavab verəcəyik", – deyə o bildirib.

Netanyahunun sözlərinə görə, İsrail 2025-ci ilin yayında "İran və onun maşalarına ciddi zərbə endirib". "Hazırda İran əvvəlki xəttini bərpa etməyə çalışır, lakin İsrail buna imkan verməyəcək", – deyə baş nazir əlavə edib.

Bundan əvvəl "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən yazmışdı ki, İran və İsrail 2025-ci ilin dekabr ayının sonunda bir-birinə zərbə endirməmək barədə razılığa gəliblər.

Seçilən
16
1
far.az

2Mənbələr