AZ

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Vəba xəstəliyi potensial müharibə şəraitində bioloji silaha çevrilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" nəşri mənbələrinə istinadən məlumat yayıb.

İddia olunur ki, üçüncü vəba pandemiyası hələ də tam başa çatmadığı üçün dünyada vəba ilə bağlı epidemiya riskləri qalmaqdadır.

Məlumata görə, yoluxucu xəstəlik 1855-ci ildə Çində başlayıb və bu günə qədər tamamilə yox olmayıb. Alimlər hesab edirlər ki, vəba səssiz şəkildə inkişaf edə bilir. Xəstəlik onilliklər ərzində müşahidə olunmaya, daha sonra isə qəfil şəkildə yenidən ortaya çıxa bilər.

Britaniyalı alimlərin bildirdiyinə görə, vəba tarix boyu müxtəlif müharibələr zamanı bioloji silah kimi istifadə olunub.

Fransada yerləşən elmi institutlardan birinin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı 1990-2020-ci illər arasında 26 ölkədə insanlar arasında təxminən 50 min vəba yoluxması faktı qeydə alıb.

Əsas problemlərdən biri effektiv peyvəndin hazırlanmasıdır. Bildirilir ki, böyük əczaçılıq şirkətləri bazarın kifayət qədər geniş olmaması səbəbindən bu istiqamətdə aktiv maraq göstərmirlər.

Hazırda akademik laboratoriyalar və biotexnologiya şirkətləri vəbaya qarşı antidot rolunu oynaya biləcək peyvəndlərin hazırlanması üzərində çalışırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
oxu.az

3Mənbələr