AZ

Gömrük rüsumları ABŞ-yə 600 milyard dollar qazandırıb

BAKI, 28 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ölkə büdcəsinə təxminən 600 milyard dollar gəlir gətirdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, gömrük rüsumları iqtisadi uğur üçün əvəzolunmaz alətdir və ABŞ məhz bu mexanizm vasitəsilə böyük maliyyə vəsaiti əldə edib.

ABŞ Prezidenti əlavə edib ki, əgər Ali Məhkəmə tarif tədbirlərini etibarsız hesab edərsə, administrasiya onları əvəz edəcək alternativ mexanizmlər tapacaq.

Qeyd edək ki, Tramp 2 aprel 2025-ci ildə 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Daha sonra bir sıra ölkələrdən gətirilən mallar üzrə tarif dərəcələri dəyişdirilib.

Seçilən
59
teleqraf.com

1Mənbələr