AZ

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

Çexiyanın müxalifəti Petr Matsinkanın xarici işlər naziri vəzifəsindən istefasını tələb edir.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "Ceske Noviny" məlumat yayıb.

Müxalifət iddi edir ki,. o, ölkə prezidentini şantaj edib.

Mediada yayılan məlumata görə, siyasətçilər Matsinka və Çexiyanın baş naziri Andrey Babişdən (ANO) izahat istəyirlər. Müxalifət partiyalarının sədrləri bildirirlər ki, Matsinka istefa verməlidir. Onlar hesab edir ki, baş nazir XİN rəhbərinin vəzifədən azad edilməsini təklif etməli idi. 

Qeyd edək ki, bu gün Çexiya prezidenti Matsinkanın ona müşaviri Petr Kolarj vasitəsilə mesajlar ötürdüyünü və bunu son dərəcə ciddi və şantaj cəhdi hesab etdiyini bildirib.

Elvin

Hakimiyyet.az

Seçilən
9
3
hakimiyyet.az

4Mənbələr