AZ

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək

Bakı, 28 yanvar, AZƏRTAC

Sülh Şurası ABŞ Prezidenti Donald Trampa Qəzza zolağının idarə olunması üçün faktiki olaraq məhdudiyyətsiz səlahiyyətlər verən plan hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin əldə etdiyi 22 yanvar tarixli qətnamə layihəsində deyilir. Sənədə əsasən, Tramp şuranın sədri kimi Qəzzanın idarə olunmasına cavabdeh ali nümayəndəni və beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanını təyin edə, fövqəladə hallarda qətnamələri təsdiqləyə və ya dayandıra biləcək.

Nəşr qeyd edir ki, Sülh Şurası Qəzzanın yenidən qurulmasını və humanitar yardımın çatdırılmasını əlaqələndirəcək. Layihəyə görə, HƏMAS ilə əlaqələri olan şəxslər və təşkilatlar anklavın idarə olunmasında iştirak edə bilməyəcək.

Qəzetin məlumatına görə, noyabr ayında BMT Təhlükəsizlik Şurası Sülh Şurasına müvafiq mandat versə də, bir sıra Qərb ölkələri qurumun BMT-dən kənar fəaliyyətini tənqid edərək ona qoşulmaqdan imtina ediblər.

Seçilən
26
1
azertag.az

2Mənbələr