BAKI, 28 yanvar. TELEQRAF
ABŞ hakimiyyəti Kaliforniya ştatında hərbi bazanın ərazisinə icazəsiz daxil olduqları iddia edilən iki Rusiya vətəndaşını saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfirliyinin mətbuat xidməti TASS-ın sorğusuna cavab olaraq məlumat yayıb.
Diplomatik nümayəndəliyin açıqlamasına görə, ABŞ-nun Miqrasiya və Gömrük Xidməti yanvarın 26-da icazəsiz giriş səbəbilə Kaliforniya ştatında yerləşən Kemp-Pendlton hərbi bazasının ərazisində saxlanılan iki Rusiya vətəndaşını öz nəzarətinə götürüb.
Hazırda saxlanılan şəxslər yerli deportasiya mərkəzindədir və repatriasiya olunmalarını gözləyirlər.