AZ

Maaşınızın artmasını istəyirsinizsə, rəhbərliklə belə danışın Psixoloq hiylələri

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bir çox işçi maaş artımı mövzusunu gündəmə gətirməkdə çətinlik çəkir.Demokrat.az xəbər verir ki, psixoloqların fikrincə, problemin əsas səbəbi tələbin özündən yox, onun ifadə formasından qaynaqlanır.Şəxsi ehtiyaclar yox, işə töhfə önə çəkilməlidirMaaş artımı tələbi şəxsi problemlərlə əsaslandırılmamalıdır. Bu cür yanaşma rəhbərlik tərəfindən emosional arqument kimi qəbul edilir və adətən təsirli olmur. Əvəzində, işçinin gördüyü işlər, əldə olunan nəticələr və şirkətə verdiyi real töhfələr ön plana çıxarılmalıdır.Düzgün zaman seçimi həlledici rol oynayırMaaş mövzusunun gündəmə gətirilməsi üçün vaxt amili xüsusi əhəmiyyət daşıyır. Uğurlu layihələrdən sonra, şirkətin maliyyə vəziyyətinin sabit olduğu dövrlərdə və rəhbərliyin daha açıq olduğu anlarda edilən müraciətlər daha müsbət qarşılanır.Faktlar və rəqəmlər inandırıcılığı artırırÜmumi ifadələr yerinə konkret göstəricilər təqdim edən işçilərin tələbləri daha ciddi qəbul olunur. Satış artımı, xərclərin azaldılması, yeni məsuliyyətlərin üzərinə götürülməsi kimi faktlar rəhbərlik üçün əsas qərar meyarları hesab olunur.Müqayisə etmək əvəzinə mövqe qurmaq tövsiyə olunurDigər əməkdaşlarla maaş müqayisəsi aparmaq əks təsir yarada bilər. Bu yanaşma əvəzinə, işçinin öz mövqeyinin, vəzifə yükünün və məsuliyyət səviyyəsinin artmasını vurğulaması daha məqsədəuyğundur.Birbaşa tələb yox, sual formatı daha effektivdirMaaş artımı ilə bağlı sual vermək rəhbərliyi dialoqa cəlb edir. Məsələn, maaş artımı üçün hansı meyarların əsas götürüldüyünü soruşmaq tərəflər arasında daha konstruktiv müzakirə yaradır.Mənfi cavab olduqda yol xəritəsi istənilməlidirMaaş artımı dərhal mümkün olmadıqda, işçi gələcək üçün konkret şərtlərin və zaman çərçivəsinin müəyyənləşdirilməsini istəməlidir. Bu addım işçinin uzunmüddətli planlaşdırma bacarığını nümayiş etdirir.Maaş artımı tələbi düzgün strategiya ilə irəli sürüldükdə rəhbərlik tərəfindən daha anlayışla qarşılanır. Sakit üslub, faktlara əsaslanan arqumentlər və qarşılıqlı dialoq maaş artımı yolunda əsas amillər sayılır.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr