AZ

Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər

Qızılın qiyməti bu həftə tarixi ən yüksək səviyyələrinə çatdıqdan sonra müştərilər Şanxay və Honq Konqda qiymətli metallar satan mağazalara axın ediblər. Ölkədə  investisiya məqsədli külçə və sikkələrə olan maraq artıb. Onlar qiymət artımının davam edəcəyini gözləyirlər.

Marja xəbər verir ki, qızıl qiymətləri bazar ertəsi günü 1 unsiya üçün 5 min 100 dolları ötüb. 2025-ci ildə 62% bahalaşdıqdanr sonra rekord qıran bu qiymət yüksəlişi, mərkəzi bankların ABŞ dollarına asılılığı azaltmaq məqsədilə etdiyi alışlar və ABŞ-da prezident Donald Trampın  ilk ilindən sonra “təhlükəsiz liman” axtaran alıcılardan gələn güclü tələbin sayəsində baş verib.

Qlobal investisiya bankı "Societe Generale"ın analitikləri bazar ertəsi verdikləri açıqlamada qızılın ilin sonuna qədər unsiya başına 6 min dollar səviyyəsinə çatacağını, lakin qiymətlərin daha da arta biləcəyini və bu proqnozun ehtiyatlı olduğunu bildiriblər.

Honq Konqda qızıl və gümüş kimi qiymətli metalların ticarəti ilə məşğul olan "Swiss Investors Corporation Limited"in baş direktoru Simon Littmann bu ilin yanvar ayındakı işlərinin təxminən 20 illik karyerasındakı ən yaxşı iş həcmi olduğunu deyib. Littmann “Keçən il ehtimal ki, ikinci ən yaxşı iş ilimiz idi və bu ilin də çox yaxşı keçməsi gözlənilir, lakin təchizat problemlərimiz var,” — deyə qeyd edib.

İş elanları AzVak.az-da

qızıl qiymətləri tarixi maksimum Şanxay Honq Konq qiymətli metallar qızıl mağazaları investisiya tələbi külçə qızıl qızıl sikkələr qiymət artımı gözləntisi təhlükəsiz liman unsiya üzrə qiymət 5100 dollar 2025-ci il artımı 62 faiz bahalaşma mərkəzi banklar dollar asılılığının azaldılması Donald Tramp ABŞ siyasəti qlobal qeyri-müəyyənlik Societe Generale qızıl proqnozu 6000 dollar hədəfi ehtiyatlı proqnoz Swiss Investors Corporation Limited Simon Littmann qızıl və gümüş ticarəti yüksək ticarət həcmi təchizat problemləri Honq Konq bazarı qlobal qızıl bazarı
Seçilən
19
1
marja.az

2Mənbələr