AZ

Yeni Zelandiyada helikopter qəzaya uğrayıb - ölənlər var

Yeni Zelandiyanın Şimal Adasının cənub-qərbində kiçik bir helikopter qəzaya uğrayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, polis pilot və göyərtədəki sərnişinin həlak olduğunu bildirib.

 Qəza yerində Mülki Aviasiya İdarəsinin müstəntiqləri ilə birgə aparılan araşdırma davam edir.

Qəza Vellinqtondan 40 kilometr şimalda yerləşən Pekakariki təpəsinin seyrək məskunlaşmış ərazisində baş verib. 

Helikopterin qalıqları və pilot və sərnişinin cəsədləri yeddi saatlıq axtarış əməliyyatı zamanı tapılıb.

Seçilən
24
ucnoqta.az

1Mənbələr