AZ

Rubio Venesuelaya qarşı güc variantını yenidən gündəmə gətirir

BAKI, 28 yanvar. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Senatda keçiriləcək dinləmələrdə Vaşinqtonun zərurət yaranacağı təqdirdə Venesuelaya qarşı yenidən güc tətbiq etməyə hazır olduğunu açıqlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, Rubio bu açıqlamanı yanvarın 28-də ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçiriləcək dinləmələr zamanı səsləndirəcək.

"Bloomberg"in sitat gətirdiyi çıxış mətnində bildirilir ki, digər üsullar nəticə vermədiyi halda ABŞ əməkdaşlığın təmin olunması üçün güc tətbiqinə hazırdır. Qeyd olunur ki, Rubio Vaşinqtonun bunun baş verməməsinə ümid etdiyini, lakin Amerika vətəndaşları qarşısında öhdəliklərini və Qərb yarımkürəsindəki missiyasını yerinə yetirməkdən çəkinməyəcəyini vurğulaya bilər.

Agentliyin məlumatına görə, Rubio Senat üzvlərinə Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigesin ölkənin enerji sektorunu ABŞ şirkətləri üçün açmağa, onlara neft hasilatında prioritet çıxış imkanı verməyə və satışdan əldə olunan vəsaitləri Amerika mallarının alınmasına yönəltməyə razılıq verdiyini də bildirəcək.

Seçilən
40
teleqraf.com

1Mənbələr