İsti su ilə ilk təmas çay yarpaqlarının bioloji aktiv maddələrinin, o cümlədən polifenollar, kofein və efir yağlarının 70-80%-ni çıxarır. İkinci və sonrakı dəmləmələrdə isə yalnız minimal faydaları olan ətirli su ilə içmək mümkündür. Çünki aktiv maddələrin əksəriyyəti artıq birinci fincana hopub.
Publika.az xəbə verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Dövlət Texniki Universiteti MIREA-nın Biotexnologiya və Sənaye Farmasiyası kafedrasının dosenti, farmakologiya üzrə fəlsəfə namizədi Mariya Zolotareva məlumat verib.
“İlk dəmləmədən sonra nəm mühit mezofil aerob və fakultativ anaerob mikroorqanizmlərin çoxalması üçün ideal şərait yaradır. Otaq temperaturunda bir neçə saat ərzində çay paketinin içində və səthində mikroorqanizmlər inkişaf etməyə başlayaraq qida zəhərlənməsinə səbəb ola bilər - ishal və qusma kimi simptomlarla müşayiət olunur”, - deyə ekspert izah edib.
Çay paketinin ikinci dəfə isti su ilə dəmlənməsi tam sterilizasiyanı təmin etmir və bəzi bakteriyalar içki ilə birlikdə bədənə düşə bilər. İmmuniteti zəif olan şəxslərdə və mədə-bağırsaq problemləri olanlarda belə içkinin qəbulu zəhərlənmə simptomlarına səbəb ola bilər.
“Bu risk ilk dəmləmədə fincana şəkər və ya süd əlavə edildikdə artır. Çünki bunlar çay paketində qismən qalır və mikroorqanizmlərin çoxalmasını stimullaşdırır”, - deyə Zolotareva xəbərdarlıq edib.