AZ

Yaponiya Cənubi Koreya sakinlərinə kompensasiya ödəyəcək

Xirosima Rayon Məhkəməsi ölkə hökumətinə Amerikanın şəhərə atom bombası atması nəticəsində qohumları zərər çəkmiş 23 Cənubi Koreya sakininə kompensasiya ödəməyi qərarını verib.

Ucnoqta.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, məhkəmə hökumətin bu cür iddiaların təmin edilməsi üçün son tarixin çoxdan bitdiyinə dair arqumentlərini rədd edib.

3,3 milyon yen (təxminən 22.000 dollar) məbləğində kompensasiya məbləği əsasən simvolikdir. Bu ödənişlə bağlı hüquqi mübarizə Yaponiyada 20 ildən çox davam edib.

2003-cü ilə qədər Yaponiya hökuməti xaricdə yaşayan keçmiş Xirosima sakinlərinin atom bombası nəticəsində dəyən ziyana görə kompensasiya almaq hüququnu tanımırdı. Lakin onlar daha sonra bu cür iddiaların təqdim edilməsi üçün son tarixin çoxdan bitdiyini iddia etməyə başladılar.

1945-ci ilə qədər Koreya Tokionun müstəmləkə hakimiyyəti altında idi və yarımadanın bir çox sakini məcburi əməyə cəlb olunmaq üçün Yaponiyaya aparılırdı.

Seçilən
22
ucnoqta.az

1Mənbələr