İsrailin Baş naziri Benyamin Netanyahunun telefonla danışarkən çəkilmiş fotosu qısa müddətdə sosial mediada və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, şəkildə Netanyahunun mobil telefonunun kamerasının lentlə örtüldüyü diqqət çəkib.
Müşahidəçilər bu addımı mümkün casusluq fəaliyyətlərinin, icazəsiz görüntü çəkilişinin və ya rəqəmsal nəzarət risklərinin qarşısını almağa yönəlmiş təhlükəsizlik tədbiri kimi dəyərləndiriblər.
Foto xüsusilə təhlükəsizlik dairələrində müxtəlif şərhlərə yol açıb.
Bildirilib ki, smartfon kameraları üzərindən potensial izləmə və kənar müdaxilə riskləri mövcuddur və bu səbəbdən həssas mühitlərdə belə tədbirlərə üstünlük verilir.
Qeyd olunub ki, daha əvvəl də bir çox yüksək rütbəli siyasətçi və təhlükəsizlik rəsmisi oxşar üsullardan istifadə edib. Netanyahunun bu seçimi dövlət rəhbərlərinin şəxsi rabitə və məlumat təhlükəsizliyinə verdiyi önəmi bir daha gündəmə gətirib.
Şəklin yayılmasından sonra rəqəmsal təhlükəsizlik, ağıllı telefonlar vasitəsilə mümkün sızmalar və şəxsi məlumatların qorunması məsələləri yenidən müzakirə mövzusu olub. (qafqazinfo.az)

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta