AZ

Qəzzada məktəblərin 90%-dən çoxu dağıdılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) sözçüsü Ceyms Elder bildirib ki, Qəzza məktəblərinin 90%-dən çoxu dağılıb və ya zərər görüb.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, bildirilib ki, Qəzzada məktəb yaşlı uşaqların 60%-i artıq üzbəüz təhsilə çıxış əldə edə bilmir.

Onun sözlərinə görə, 5 yaşın altında 335 mindən çox uşaq erkən uşaq yaşına aid xidmətlərin çökməsi səbəbindən ciddi inkişaf gecikməsi riski ilə üzləşir. Elder vurğulayıb ki, Qəzza illərlə davam edən inkişaf bu münaqişə nəticəsində silinib.

UNICEF hazırda Qəzza məktəblərində 100-dən çox öyrənmə məkanını dəstəkləyir və Elder qeyd edib ki, 336 min məktəb yaşlı uşağa təhsil imkanı yaratmaq üçün 86 milyon dollara ehtiyac var.

Zeynəb Tehranlı

Seçilən
15
azedu.az

2Mənbələr