"Qarabağ" bu gecə Çempionlar Liqasının Liqa mərhələsinin son matçında "Liverpul"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son tur öncəsi "Liverpul" 15 xalla 4-cü yerdədir. 10 xala malik Ağdam təmsilçisi isə 18-ci yerin sahibidir.

"Qarabağ" indiyə qədər İngiltərə klublarına qalib gələ bilməyib.

Bu matç 9-cu dueldir.

Ötən tur almanları ilk dəfə məğlubiyyətə uğradan Qurban Qurbanovun komandası eyni uğuru təkrar edə biləcəkmi?