AZ

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

"Omeqa-3 ilə zəngin qidalar beyin fəaliyyətini dəstəkləyir, yaddaşı və diqqəti yaxşılaşdırır".

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatına diyetoloq Qalina Volkova açıqlama verib.

Onun sözlərinə görə, heç bir qida insanı birbaşa daha ağıllı etmir. Lakin koqnitiv funksiyaları dəstəkləyən müəyyən qida qrupları mövcuddur. Xüsusilə qızılbalıq, skumbriya və siyənək kimi yağlı balıqlar omeqa-3 yağ turşularının əsas mənbəyidir. Omeqa-3 neyron membranlarının struktur komponenti olmaqla yaddaşı və diqqəti yaxşılaşdırır, koqnitiv pozğunluqların riskini azaldır.
 

Rusiyalı mütəxəssis qida rasionuna qoz-fındığın da daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullar sağlam yağlar, E vitamini və antioksidantlarla zəngindir. Bundan əlavə, yumurtanın tərkibində olan və əsas beyin qidası hesab edilən xolin yaddaş və öyrənmə proseslərinə cavabdeh olan neyrotransmitter - asetilkolinin sintezi üçün mühüm əhəmiyyət daşıyır.


Diyetoloq giləmeyvələrin də faydalarına diqqət çəkib. Bildirib ki, qaragilə və zoğal beyin mikrosirkulyasiyasını yaxşılaşdıran və oksidləşdirici stresi azaldan flavonoidlər ehtiva edir.

Tam taxıllar qanda qlükozanın stabil səviyyədə saxlanmasına kömək edir. Rukkola, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər isə zehni çevikliyə və yaddaşa müsbət təsir göstərən folat və K vitamini ilə zəngindir. (Oxu.az)

Bizim.Media

Seçilən
35
1
bizim.media

2Mənbələr