AZ

Sumqayıtda və Xırdalanda iki nəfər dəm qazından BOĞULUB

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xırdalanda kişi dəm qazından zəhərlənərək ölüb.

Modern.az xəbər verir ki, Qəmbərov Rahib Xeyrulla oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin Sumqayıtda da 71 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
5
modern.az

7Mənbələr