AZ

İşıq problemimiz həll olundu 

Rayon icra hakimiyyətinin başçısı kəndimizdə olarkən ona çatdırdıq ki, yaşadığımız küçədə elektrik enerjisi tez-tez zəifləyərək bizə problem yaradır. Rayon rəhbəri sakinlərin səsləndirdikləri bu problemlə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verdi. 

Bir neçə gündən sonra Qazax Elektrik Şəbəkəsinin nümayəndələri gələrək vəziyyətlə yerində tanış oldular. Qısa vaxt ərzində  yararsız dayaqlar və naqillər 60-a yaxın dəmir dayaqla əvəz edildi.  Ən əsası da 6 kilovoltluq 160 KVA yeni transformator qoyularaq əlavə güc mənbəyi yaradıldı. İndi elektrik enerjisi ilə təminatda heç bir problemlə üzləşmirik.

Hörmətli redaksiya! Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxıldığına görə Qazax Elektrik Şəbəkəsinin əməkdaşlarına, əziyyəti keçən hər kəsə razılıqlarını bildirirlər.

Ruslan BİNNƏTOV,

Qazax rayonunun Daş Salahlı kənd sakini

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr